Klublararası dünya çempionatında Yeni Zelandiyanın "Aukland Siti" və Argentinanın "Boka Xuniors" klubları arasında keçirilən oyun güclü qasırğanın yaxınlaşması səbəbindən yarımçıq dayandırılıb.

Offsideplus.az xəbər verir ki, hakim əlverişsiz hava şəraitinə görə komandaların ikinci hissəyə çıxmaması barədə qərar verib.

Oyun ABŞ-ın Neşvill şəhərində yerləşən "Geodis Park" stadionunda keçirilir.

Bu, çempionat ərzində baş verən beşinci belə haldır.

Qaydalara əsasən, təhlükə sovuşduqdan sonra oyun davam etdirilməlidir.

Yeri gəlmişkən, birinci hissənin nəticəsi kifayət qədər gözlənilməzdir - 1:1.