EN

Paşinyan dövlət çevrilişindən YAZDI

““Fırıldaqçılar” Ermənistand dövlət çevrilişi təşkil etməyə çalışırdılar. Bu, baş verə bilərdi, lakin onların planı baş tutmadı”.

Publika.az xəbər verir ki, bunu respublikanın Baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində bildirib.

“Bu proses “fırıldaqçılar tərəfindən uğursuz dövlət çevrilişi” kimi tarixə düşəcək”, – Paşinyan “Civic” portalının materiallarına istinadla yazıb.

Məqalədə bildirilir ki, erməni müxalifəti Rusiya şirkətlərinin və Ermənistanın keçmiş prezidentlərinin iştirakı ilə Paşinyan hakimiyyətini devirməyi planlaşdırırdı. Jurnalistlər çevrilişin məqsədinin hakimiyyəti “Paşinyan rejimi”nin əlindən alaraq xalqa və kilsəyə ötürmək olduğunu bildirən “Çevriliş strategiyası” adlı sənədin görüntüsünü dərc ediblər.

Xatırladaq ki, iyun ayında Ermənistanda "Taşir"in prezidenti Samvel Karapetyana qarşı cinayət işi açılıb. O, Ermənistanda hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunurdu. Məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Chosen
3
3
publika.az

4Sources