BAKI, 25 iyun. TELEQRAF
Çin alimləri yarasalarda insanlar üçün təhlükəli olan "Nipah" və "Hendra" viruslarına genetik olaraq yaxın olan iki yeni virus aşkar ediblər.
Teleqraf xəbər verir ki, bu patogenlər ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər.
Dörd illik tədqiqat zamanı 142 yarasanın böyrəkləri öyrənilib. Alimlər yüksək məhsuldarlıqlı DNT sıralama metodlarından istifadə edərək22 yeni virus aşkar ediblər.
Henipavirus cinsindən olan iki yeni virus insanlarda ölümə səbəb olur. Viruslar bağların və insan məskənlərinin yaxınlığında yaşayan meyvə yarasalarında aşkar edilib. Bu cinsin virusları sidik yolu ilə ötürülə bildiyi üçün tədqiqatçılar çirklənmiş meyvələr vasitəsilə yoluxma potensialı barədə xəbərdarlıq edirlər.