EN

"Barselona" 22 yaşlı futbolçunun transferini nə vaxt yekunlaşdıracaq?

"Barselona" iyulun əvvəlində Niko Uilyamsı transfer edəcək.

Sportal.az xəbər verir ki, "Mundo Deportivo"nun məlumatına görə, katalon klubu ispaniyalı vinger üçün "Atletik"ə təzminat məbləğini 1 və ya 2 iyul tarixində ödəməyi planlaşdırır. Bu qərarın səbəbi xərclərin növbəti maliyyə ilinə düşməsini təmin etməkdir.

Transferin, Niko Uilyams "Atletik"in mövsümöncəsi toplanışına qatılmamışdan əvvəl rəsmiləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, İspaniya millisinin üzvü Barselonaya 62 milyon avroya başa gələcək.

saytlarin hazirlanmasi

Chosen
28
sportal.az

1Sources