EN

Tramp Nobelə namizəd oldu

24.06.25 - İsrail və İran arasında atəşkəsə vasitəçilik edən ABŞ prezidenti Sülh Mükafatını qazana bilər...

ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumları ilə başlayan münaqişələrdə İsrail və İran arasında atəşkəs razılaşmasına vasitəçilik etdiyinə görə Nobel Sülh Mükafatına namizəd göstərilib.

Corciya ştatından Respublikaçı konqresmeni Buddi Karter Trampın namizədliyi ilə bağlı Nobel Sülh Mükafatı Komitəsinə məktub göndərib.

Karter iddia edib ki, Trampın “İsrail və İran arasında silahlı münaqişəyə son qoymaq və dünyanın terrorun ən böyük sponsoru olan dövlətin planetin ən ölümcül silahını əldə etməsinə mane olmaq” səylərinin fövqəladə və tarixi rolu var.

Trampın çoxlarının qeyri-mümkün olduğuna inandığı sürətli razılaşmanın təmin edilməsində mühüm rol oynadığını iddia edən Karter məktubunda “Tarixi düşmənçilik və siyasi dəyişkənlik bölgəsində belə bir irəliləyiş həm cəsarət, həm də aydınlıq tələb edir”, – deyib.

***

Karter, "Prezident Tramp dünyaya nadir bir ümid işığı təqdim etdi. Bu səbəblərə görə, mən hörmətlə ABŞ-ın 47-ci prezidenti Donald Trampı Nobel Sülh Mükafatı namizədliyinə irəli sürürəm”, – deyib.

Digər tərəfdən, ABŞ-ın Kaliforniya ştatından olan Nümayəndələr Palatasının Respublikaçı üzvü Darrell İssa, 2024-cü il seçkilərində qazanacağı qələbənin dünya sülhünə təəccüblü təsir göstərəcəyini əsas gətirərək ilin əvvəlində Trampı Nobel Sülh Mükafatına namizəd göstərmişdi.

Ən son olaraq Pakistan iyunun 21-də ABŞ prezidenti Donald Trampın Hindistanla böhran zamanı “diplomatik rolu və liderliyi” səbəbindən 2026-cı il Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyünü açıqladı.

Açıqlamada, “Trampın həm İslamabad, həm də Yeni Dehli ilə intensiv diplomatik təmasları qısa müddətdə atəşkəsin əldə edilməsinə imkan yaradıb və milyonlarla insanı təsir edə biləcək dağıdıcı qarşıdurmanın qarşısını alıb”.

Chosen
15
vaxt.az

1Sources