EN

Britaniya tarixinin ən böyük milyonçu itkisinə hazırlaşır

ain.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniya tarixinin ən böyük milyonçu itkisinə hazırlaşır.

Banco.az xəbər verir ki, "Henley & Partners" tərəfindən qlobal sərvət üzrə ixtisaslaşmış "New World Wealth" şirkətinin rəsmi məlumatlarına əsasən hər il dərc olunan “Qlobal Sərvət Miqrasiyası Hesabatı” yayımlanıb.

Hesabatda göstərilir ki, Birləşmiş Krallıq 2025-ci ildə ölkəni tərk edən 16500-dən çox milyonçuyla tarixinin ən böyük xalis sərvət itkisini yaşayacaq. Bu rəqəm son 10 ildə siyahının zirvəsində olan Çinin 7.800 nəfərlik itkisi ilə müqayisədə iki dəfədən çoxdur. Bu inkişafla birlikdə Avropadan bir ölkə ilk dəfə siyahının başına yüksəlib.

Digər tərəfdən, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu il 9800-dən çox milyonçu miqrant cəlb etməklə ən çox varlı insan qəbul edən ölkə mövqeyini qoruyur. BƏƏ-ni 7500 nəfərlik xalis milyonçu axını ilə ABŞ izləyir. Hər iki ölkə güclü investisiya mühiti, yüksək həyat standartları və siyasi sabitlikləri ilə fərqlənirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
1
banco.az

2Sources