Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Almaniya təmsilçisi “Kayzerslautern”a transferi rəsmən açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə II Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”in heyətində keçirib.