EN

III MDB oyunları öncəsi Yevlaxda və Goranboyda hansı işlər görülür?VİDEO

Bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Xezerxeber.az xəbər verir ki, kompleks "Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram"ı çərçivəsində inşa olunur. Kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir.

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlər də plana uyğun aparılır. Burada piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir. 

Bundan başqa Yevlax qumsüzgəc texnologiyalı sutəmizləyici qurğu 70 min sakinin xidmətlərdən istifadəsini yaxşılaşdıracaq. Yevlaxda  Azərişıq" ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzi vasitəsilə kənd təsərrüfatı sahələrinin, dövlət əhəmiyyətli strateji obyektlərin, iaşə və xidmət obyektlərinin, xüsusən də əhalinin elektrik enerjisi təchizatında fasiləsizliyin, dayanaqlılığın və səmərəli idarəetmənin təmin olunması həyata keçiriləcək.

Ümumi ərazisi 2807 hektar ərazini əhatə edən Aqropark ölkəmizdə kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət pilot aqroparkıdır.

Goranboy rayonunda yeni istifadəyə verilən tikinti materialları istehsalı müəssisəsi də iqtisadi potensialın möhkəmləndirilməsi, məşğulluğun artırılmasına xidmət edəcək.

Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
11
xezerxeber.az

1Sources