EN

İsrail İrana qarşı hərbi kampaniyanın bitmədiyini bəyan edib

“İsrailin İrana qarşı hərbi kampaniyası başa çatmayıb, qarşıda onun yeni mərhələsi var, lakin indi hərbçilərin diqqəti Qəzza zolağındakı hərbi əməliyyatlara yönələcək”.

Oxu.Az xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir deyib.

Onun sözlərinə görə, İsrail İranın nüvə layihəsini və raket proqramını uzun illər geriyə atıb:

“Bu fenomenal nailiyyətə baxmayaraq, biz möhkəm dayanmalıyıq. Qarşıda hələ çox sınaqlar var”.

Chosen
20
1
editor.az

2Sources