EN

Mahir Emreli: "Kayzerslautern" mənə çox böyük etimad göstərdi"

"Kayzerslautern"lə müqavilə imzalayan Mahir Emreli açıqlama verib.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan azərbaycanlı hücumçu klubun hədəflərinə çatması üçün əlindən gələni edəcəyini deyib:

"Kayzerslautern" böyük klubdur. Bu klubu hələ futbol oynamaq üçün Almaniyaya gəlməmişdən əvvəl də tanıyırdım. Keçən mövsüm "Nürnberq"lə bu stadionda burada oynayanda atmosferi, azarkeşlərin enerjisini hiss etmişdi. Bu, təsirli idi və "Kayzerslautern"ə keçmək qərarımda böyük rol oynadı. Bundan əlavə, klub mənə çox böyük etimad göstərdi. Mən də bunu meydanda qaytarmaq üçün səbirsizlənirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni etmək istəyirəm".

saytlarin hazirlanmasi

Chosen
11
1
sportal.az

2Sources