EN

Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi

BAKI, 24 iyun. TELEQRAF

“İsrail öz məqsədlərinə çata bilmədi və İrana qarşı təcavüzün dəhşətli bədəlini ödədi”.

Teleqraf xəbər verir ki, bunu İran xalqına müraciətində İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.

İran prezidentinin mətbuat xidməti tərəfindən yayılan mətndə deyilir: "Düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını dayandırmaq, sosial iğtişaşlar yaratmaq kimi məqsədlərinə nail ola bilmədi. Cavab zərbələri nəticəsində İsraildə dağıntıların miqyası dünyaya nümayiş etdirdi ki, İran kimi böyük ölkəyə qarşı hücumun qarşılığı dəhşətli olub”.

Chosen
7
7
teleqraf.com

9Sources