EN

Misirli ekspert: İran-İsrail atəşkəsi çox kövrəkdir

Siyasi məsləhətçi və beynəlxalq əlaqələr üzrə ekspert Hamed Fares Sputnik üçün İran və İsrail arasında əldə olunan atəşkəsi dəyərləndirib.

Editor.az xəbər verir ki, ekspert bu atəşkəsin heç bir siyasi əsası olmadığı üçün çox kövrək olduğunu bildirib və bunları söyləyib.

“Hesab edirəm ki, bu saziş kifayət qədər kövrəkdir, çünki onun heç bir siyasi əsası yoxdur. Bu razılaşmanın əsasını müəyyən etmək və Trampı öz mövqeyini dəyişməyə vadar edən səbəbləri üzə çıxarmaq vacibdir. Bütün regionu narahat edən belə mürəkkəb problemin həlli üçün ciddi diplomatik səylər və siyasi iradə lazımdır. Həmçinin Yaxın Şərq böhranının həllində digər regional aktorların rolunu və İranın Rusiya və Çinlə möhkəm münasibətlərini də nəzərə almaq lazımdır”,- deyə ekspert bildirib.

Fares İsrailin iranlı nüvə alimlərini hədəf almasını elmə hücum kimi qiymətləndirib və sözlərini belə davam etdirib:

“Mən bunu elmə, o cümlədən dinc nüvə enerjisi sahəsində tədqiqata hücum hesab edirəm. İslam Respublikasında yüzlərlə nüvə alimi var və İsrail onların hamısını öldürməyi planlaşdırırmı? Nüvə proqramının həyata keçirilməsi istənilən halda davam edəcək. Təl-Əvivin bu cür aqressiv hərəkətləri nəzarətsiz eskalasiyaya gətirib çıxara bilər ki, bunun nəticələrini digər ölkələr və bütün dünya hiss edəcək”.

//Gülnarə Abasova, Editor.az

 

Chosen
8
editor.az

1Sources