EN

İranın iki nüvə obyektində yeni zədələnmələr aşkarlanıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb.

Oxu.Az bu barədə BAEA-nın saytına istinadla xəbər verir.

Bildirilir ki, ABŞ-nin iyunun 22-də Fordoya endirdiyi zərbədən sonra yeraltı obyektin yaxınlığındakı yollar və girişlərdən biri zərər görüb.

Bundan əlavə, agentlik Natanzdakı əvvəllər zənginləşdirmə aparılan və materialların saxlanıldığı yeraltı zalların yaxınlığında ABŞ-nin zərbələrindən iki çuxur yeri aşkar edib.

BAEA bu məlumatlardan irəli gələrək hesab edir ki, zərbə lokal çirklənməyə və kimyəvi risklərə gətirib çıxara bilər.

Chosen
6
editor.az

1Sources