EN

“Beşiktaş” Abrahamın transferində maraqlıdır

“Roma”nın hücumçusu Təmmi Abraham yay transfer dönəmində İtaliya klubunu tərk edə bilər.

90deqiqe.Az xəbər verir ki,  27 yaşlı futbolçu baş məşqçi Can Pyerro Qasperininin planlarına daxil deyil və bu səbəbdən komandadan ayrılması gözlənilir.

İngiltərəli forvardın xidmətində “Beşiktaş” maraqlıdır. İstanbul nəhəngi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Abraham geridə qalan mövsümdə icarə əsasında “Milan”da çıxış edib. O, bütün turnirlər daxil olmaqla 45 oyunda forma geyinib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

Futbolçunun “Roma” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Chosen
18
90deqiqe.az

1Sources