EN

Kaya Kallas Azərbaycana təşəkkür etdi

Avropa İttifaqı (Aİ) qurum vətəndaşlarının İsrail və İran arasında münaqişənin eskalasiya zonasından çıxarılmasına kömək etdiyinə görə Azərbaycana minnətdarlığını bildirib.

Moderator.az Report-a istinadÉ™n xÉ™bÉ™r verir ki, bunu Aİ-nin xarici iÅŸlÉ™r vÉ™ tÉ™hlükÉ™sizlik siyasÉ™ti üzrÉ™ ali nümayÉ™ndÉ™si Kaya Kallas NATO-nun Haaqa sammiti çərçivÉ™sindÉ™ azÉ™rbaycanlı jurnalistlÉ™rin suallarını cavablandırarkÉ™n deyib.

"Bölgədə vəziyyət gərginləşəndən bəri Azərbaycanın xarici işlər naziri ilə əlaqə saxlayıram. Mən də diplomatlarımızın və vətəndaşlarımızın Azərbaycan üzərindən təxliyəsinə görə ona təşəkkür etdim", - Kallas söyləyib.

O, həmçinin azərbaycanlı həmkarı ilə İrandakı müharibənin Azərbaycan üçün mümkün nəticələrini müzakirə etdiyini qeyd edib.

"Mən başqa şeylərlə yanaşı, İrandan Azərbaycan istiqamətində gələn miqrasiya axınını nəzərdə tuturam", - Avropa diplomatiyasının rəhbəri qeyd edib.

Chosen
49
50
moderator.az

10Sources