EN

"Neftçi"dən ayrılan Koffinin yeni komandası dəqiqləşib

"Neftçi"nin yeni müqavilə bağlamadığı Ervin Koffi karyerasını ölkəsində davam etdirəcək.

İdman.biz xəbər verir ki, fransalı futbolçu "Genqam"la anlaşıb.

30 yaşlı sağ cinah müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, 2023-cü ilin yayından "Neftçi"də çıxış edən Ervin Koffi 75 oyunda 3 dəfə fərqlənib.

İdman.biz

Chosen
15
1
idman.biz

2Sources