EN

İran hava məkanını beynəlxalq uçuşlar üçün AÇDI

İranın hava məkanı Tehrana və Tehrandan beynəlxalq uçuşlar üçün açıqdır.

Publika.az xəbər verir ki, bu barədə "Flightradar24" "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Qeyd edilib ki, Tehrana beynəlxalq gəliş və gedişlərə əvvəlcədən icazə alınmaqla icazə verilir.

Xatırladaq ki, İran üzərindəki səma iyunun 13-dən uçuşlar üçün bağlanıb.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo olub. Onun sentrifuqa zalı yüz metrlik qayalıq və dəmir-beton təbəqə ilə örtülüb ki, bu da onu faktiki olaraq bombardmanlara qarşı toxunulmaz edirdi.

Chosen
6
2
publika.az

5Sources