EN

Tramp İranda rejimin dəyişməsini istəmədiyini bildirib

ABŞ prezidenti Donald Tramp İranda hakimiyyət istəmədiyini bildirib.

Editor.az bu barədə RİA Novosti məlumat yayıb.

“Mən bunu istəmirəm. İstərdim ki, hər şey mümkün qədər tez sakitləşsin. Rejim dəyişikliyi xaos gətirəcək. İdeal olaraq biz bu qədər xaosu istəmirik”, – Amerika lideri bildirib.

Trampın sözlərinə görə, İranın sağalmaq və uğur qazanmaq imkanları var, çünki iranlılar çox yaxşı treyderlər və çoxlu neftə malik əla iş adamlarıdır. Eyni zamanda, Amerika lideri vurğulayıb ki, İran heç vaxt nüvə silahına malik olmayacaq.

//Gülnarə Abasova, Editor.az

Chosen
7
editor.az

1Sources