EN

Zaqatalada mühafizə bəndini sel suları yuyubVİDEO

Zaqatalada mühafizə bəndini sel suları yuyub...

Xezerxeber.az xəbər verir ki, ərazidə təhlükəli vəziyyət yaranıb. Bir neçə gün davam edən aramsız yağışlar dağ çaylarında suyun səviyyəsini xeyli artırıb. Zaqatala rayonundan keçən ən böyük Tala çayında da suyun səviyyəsinin artması bəzi ərazilərdə sahil bəndlərində çat və yuyulmaya yol açıb. Nizami küçəsində yaşayan 100-dən artıq ailə artıq bir neçə gündür ki, narahatdır.

İstismar müddətini başa vuran beton bəndin böyük bir hissəsi hər an aşmaq təhlükəsi ilə üz-üzədir. Suyun səviyyəsinin artması, artıq bu ərazidə bir elektrik dirəyini də aşırıb, bəndin dibindən küçənin asfalt yolunadək bir neçə yerdə sürüşmə və iri çatlara yol açıb.

Bəs aidiyyəti qurum bununla bağlı nə tədbirlər görüb?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
5
xezerxeber.az

1Sources