İran öz hava məkanını yenidən açıb.
Musavat.com xəbər verir ki, bu barədə Flightradar24 xidmətinin məlumatlarında əks olunub.
Hazırda İran üzərində cəmi bir təyyarənin – Dubaydan Yekaterinburqa uçan reysin müşahidə edildiyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl bölgədəki gərginlik səbəbindən İran hava məkanını müvəqqəti olaraq bağlamışdı.
Musavat.com