EN

İranın nüvə obyektlərində yeni zədələnmələr AŞKARLANDI

Beynəlxalq Atom Enerjisi Agentliyi ( MAQATE ) İranın Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb.

Publika.az xəbər verir ki, bu barədə agentliyin yaydığı press-relizdə deyilir.

""Agentlik həmçinin bu gün İranda baş verən vəziyyətlə bağlı bəyanatlardan əvvəl endirilmiş zərbələr nəticəsində Fordo və Natanzdakı nüvə obyektlərində yeni zərbə nöqtələrini də qeydə alıb. Yeraltı obyektin yaxınlığındakı yollar və girişlərdən biri zərər görüb", - bəyanatda deyilir.

Bir gün əvvəl MAQATE-nin baş direktoru Rafael Qrossi demişdi ki, agentliyin müfəttişləri İranın nüvə obyektlərini yoxlamalı və uran ehtiyatlarını qeydə almalıdırlar.

İyunun 24-nə keçən gecə Tramp İran və İsrailin atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. O, atəşkəsdən sonra dünyanın “12 günlük müharibənin rəsmi başa çatmasını” alqışlayacağına ümid etdiyini bildirib.

Chosen
6
publika.az

1Sources