EN

Mahir Emreli rəsmən “Kayzerslautern”də!

Futbol üzrə Azərbaycan millisinin cinah hücumçusu Mahir Emreli Almaniya təmsilçisi “Kayzerslautern”ə transfer olunub.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu 2-ci Bundesliqa klubu ilə 3 illik sözləşmə imzalayıb.

Azərbaycanlı hücumçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”in heyətində keçirib. O, bu yay sözügedən klubla müqaviləsinin müddəti bitdiyi üçün azad agent kimi “Nürnberq”i tərk edib.

Mahir 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 55 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Chosen
3
50
arena.az

10Sources