EN

Rusiyalı çalışdırıcı Türkiyənin ikinci divizion klubuna rəhbərlik edəcək

Rusiyalı mütəxəssis Sergey Yuran məşqçilik karyerasını yenidən Türkiyədə davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı “Serik Belediyespor” klubunun sükanı arxasına keçməyə çox yaxındır.

Türkiyənin ikinci ən güclü divizionunu təmsil edən klub ötən mövsüm ölkənin üçüncü divizionunda çıxış edib. 

Qeyd edək ki, klubun 50 faizlik səhmləri tanınmış rusiyalı investor Tufan Sadıgova məxsusdur. “Serik Belediyespor” eyniadlı şəhəri təmsil edir. Bu yaşayış məntəqəsi Türkiyənin cənubunda, Aralıq dənizi sahilindən 15 km aralıda, Antalyanın isə 35 km şərqində yerləşir.

Xatırladaq ki, Sergey Yuran 2024-cü ilin aprelində “Pari NN” klubundan ayrıldıqdan sonra hələ məşqçiliyə qayıtmayıb. O, daha əvvəl bir neçə dəfə “Ximki” klubunu da çalışdırıb.

Chosen
16
90deqiqe.az

1Sources