EN

Noa Lanq “Napoli”yə keçməyə yaxındır

PSV-nin vingeri Noa Lanq karyerasını “Napoli”də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, 26 yaşlı futbolçu Neapol təmsilçisi ilə razılığa gəlib və tərəflər artıq müqavilə şərtlərini razılaşdırıblar. Yeni sözləşmə 2030-cu ilə qədər qüvvədə olacaq.

Niderlandlı futbolçu “Napoli”də illik 2.5 milyon avro maaş alacaq.

Qeyd edək ki, vinger 2023/24 mövsümündə bütün turnirlər daxil olmaqla 44 oyunda iştirak edib, 14 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Chosen
8
90deqiqe.az

1Sources