EN

“Leypsiq”in yeni baş məşqçisi müəyyənləşdi

“Leypsiq” klubunun yeni baş məşqçisi bəlli olub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, Bundesliqa təmsilçisinin "sükanı" Ole Vernerə tapşırılıb.

37 yaşlı alman mütəxəssis klubla 2027-ci ilin yayına qədər – iki mövsüm üçün müqavilə imzalayıb.

Verner bundan əvvəl dörd ilə yaxın “Verder”in baş məşqçisi olub. Bremen klubu may ayının sonunda onunla yollarını ayırdığını açıqlamışdı.

Qeyd edək ki, 2023/24 mövsümündə həm “Leypsiq”, həm də “Verder” Bundesliqada 51 xal toplamışdı. “Bremen musiqiçiləri” səkkizinci, “bərkədoğranlar” isə yeddinci pillədə qərarlaşıb və avrokuboklara vəsiqə qazana bilməyiblər.

Chosen
25
90deqiqe.az

1Sources