EN

İqtisadi Şuranın iclası keçirildi: “Mygov Biznes”-ə dair müzakirə aparıldı

Bakı. Trend:

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Trend-ə NazirlərKabinetindən xəbər verilib.

İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi iləkeçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin 2024-cü il27 dekabr tarixli 268 nömrəli Fərmanından irəli gələrək Hökumətəverilən tapşırıqların icra vəziyyəti və görülmüş işlər, o cümlədənsahibkarların dövlət qurumlarına müraciətinin elektronlaşması vəxidmətlərin rəqəmsallaşması, “Mygov Biznes” altsistemininyaradılması və rəqəmsallaşmayan dövlət xidmətlərinin “ASANxidmət”də göstərilməsi, dövlət xidmətlərinin və alınan ödənişlərinoptimallaşdırılması, xidmət haqlarının məbləğinə və hüquqi əsasınabaxılması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə iqtisadiyyat naziri MikayılCabbarovun məruzəsi dinlənilib. İclasda iştirak edən ədliyyə naziriFərid Əhmədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevvə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmətvə Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri ÜlviMehdiyev Azərbaycan Respublikası Prezidentinin Fərmanından iləgələn tapşırıqlarla bağlı çıxış edib.

Təqdim olunan iqtisadi gündəliyə dair İqtisadi Şuranın üzvləritərəfindən geniş müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təkliflərinəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlaramüvafiq tapşırıqlar verilib.

Məqalədə:
Chosen
12
34
az.trend.az

10Sources