Oxumeni.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Gürcüstan antikorrupsiya indeksinə görə dünyanın ilk 3 ölkəsinə daxil olmaq niyyətindədir
Korrupsiya Gürcüstanın inkişafı üçün əsas maneələrdən biridir, ona görə də ölkə hakimiyyəti qanunu pozmağa qərar verən hər kəsə tamamilə dözümsüz yanaşacaq, hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə “Vestikavkaza.ru” məlumat yayıb.
Ötən həftə Gürcüstanda iqtisadiyyat nazirinin keçmiş müavini Romeo Mikautadze ilə bağlı korrupsiya qalmaqalı baş verib. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və milyonlarla larinin yuyulmasında ittiham olunurdu.
"Bizim ambisiyamız var - yaxın gələcəkdə antikorrupsiya indeksi üzrə dünyanın ilk üç ölkəsinə daxil olmaq. Əgər hər hansı dövlət qulluqçusu, hətta bizim yoldaşımız cinayət törətərkən yaxalansa, qanuna əməl olunacaq" - Mamuka Mdinaradze deyib.
O vurğulayıb ki, “Gürcü arzusu” korrupsiya ilə mübarizə məsələsinə vahid və prinsipial yanaşır. Onu hakimiyyətin bütün qolları, eləcə də digər dövlət qurumları bölüşür.
Xatırladaq ki, Gürcüstan 2024-cü ildə Qanunun aliliyi indeksində 33-cü yeri tutub.
Almaz Həsənli
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.