EN

AMB: Virtual aktivlərin tənzimlənməsinə dair yeni qanun layihəsi hazırlanır

Azərbaycan Mərkəzi Bankı virtual aktivlərin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlayır.

"Report" xəbər verir ki, bunu qurumun nümayəndəsi Fidan Tofidi Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.

Onun sözlərinə görə, virtual aktivlər yeni iqtisadiyyatın ayrılmaz hissəsidir, onların həm investisiya, həm də ödəniş aləti kimi təhlükəsiz şəkildə bazara təqdim olunması vacibdir: "Bu istiqamətdə qanun layihəsi hazırlanır və ilin sonuna kimi hökumətə təqdim ediləcək".

F.Tofidi əlavə edib ki, AMB maliyyə texnologiyaları sektorunun inkişafı üçün innovativ təşəbbüsləri dəstəkləyir və ekosistemin təhlükəsizliyini təmin etmək üçün çalışır.

Chosen
19
5
report.az

7Sources