EN

Mərkəzi Bankı ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanununa dəyişiklik edəcək

Azərbaycan Mərkəzi Bankı ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanununa dəyişiklik layihəsi hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın nümayəndəsi Ülfət Yusifov Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisində çıxışı zamanı deyib.

O qeyd edib ki, Mərkəzi Bank bazar iştirakçıları tərəfindən hər hansı innovativ məhsuıların təqdim olunmasına müsbət yanaşıb:

"Biz çoxsaylı müraciətləri nəzərə alaraq Azərbaycan Respublikasının ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanununa və ondan irəli gələn digər normativ aktlara müvafiq dəyişilik layihəsi hazırlayırıq. Həmin layihədə hesab edirik ki, bu xidmətlərin də Azərbaycanda da göstərilməsi nəzərdə tutulacaq. Təbii ki, bu istiqamətdə riskləri də gözə alırıq və onların minimuma endirilməsi üçün əlimizdən gələni edəcəyik".

Chosen
8
5
teleqraf.com

8Sources