EN

ABŞ Konqresi əməkdaşlarına “WhatsApp”dan istifadəni qadağan etdi


ABŞ Konqresinin Nümayəndələr Palatası əməkdaşlarına “WhatsApp”dan istifadə etməmək barədə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Nümayəndələr Palatasının Baş İnzibati Mütəxəssisi Ketrin Şpindor bir e-poçtda əməkdaşlara məxfilik riskləri ilə əlaqədar mesajlaşma proqramından imtina etməyi tövsiyə edib.
Digər tərəfdən, o, əməkdaşlarə ”Teams”, “FaceTime” və digər platformalar da daxil olmaqla digər mesajlaşma proqramlarından istifadə etməyə təşviq edib.
İyunun 30-dan etibarən isə Nümayəndələr Palatası əməkdaşlarına tətbiqi noutbuklarına və mobil cihazlarına yükləməyi və ya saxlamağı qadağan edib.
Chosen
24
yeniavaz.com

1Sources