EN

“Neftçi”nin Çempionlar Liqasında rəqibi bilindi

Bu gün qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Msport.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi müəyyənləşib.

Bakı təmsilçisi bu mərhələnin yarımfinalında Türkiyənin “Fomget” klubu ilə qarşılaşacaq. Cütün qalibi finalda İsrailin “Kiryat” kollektivi ilə üz-üzə gələcək. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.

Birinci mərhələnin yarımfinal oyunları iyulun 30-da, final görüşləri isə avqustun 3-də keçiriləcək.

Chosen
18
msport.az

1Sources