“Məktəbli formalarının dəyişdirilməsi müzakirə mövzusu deyil”.
Viral.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O əlavə edib ki, müvafiq qaydalarla tənzimlənən nümunəvi məktəbli formaları mövcuddur.
Son Yazılar:
- Məktəbli formaları dəyişdiriləcək? – Nazir AÇIQLADI
- Növbəti köç karvanları Həsənriz və Sarıcalı kəndlərinə çatdı – açarlar təqdim olundu
- İsrailin İrana hücumunda ölənlərin sayı AÇIQLANDI
“Bu qaydaların dəyişdirilməsi gündəmdə deyil. Ayrı-ayrı məktəblər bu formaları öz təşəbbüsləri ilə müəyyən qədər dəyişmək hüququna malikdirlər. Yəni bu, ölkədə fəaliyyət göstərən bəzi məktəblərdə fərqli şəkildə tətbiq oluna bilər. Amma bu, mərkəzləşdirilmiş şəkildə, yəni bütün məktəblər üzrə formaların rəsmi olaraq dəyişdirilməsi anlamına gəlmir. Hazırda məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur”, – deyə nazir bildirib.