Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsinin sakinlərinin bir hissəsi iyunun 23-dən internetsiz qalıb.
Pravda.az-ın xəbərinə görə, “Aztelekom” MMC-dən abunəçilərə bildirilib ki, buna səbəb texniki nasazlıqdır, iyunun 24-də günün sonunadək internetin verilişi bərpa ediləcək.
Tarix: 24 İyun 2025, 15:27