EN

Rusiya bölgəsində zəlzələ BAŞ VERDİ

Ajans.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmoloji stansiyasının rəhbəri Yelena Semenova məlumat verib. Yeraltı təkanlar çərşənbə axşamı, iyunun 24-nə keçən gecə qeydə alınıb, onların maqnitudası 4,5-ə çatıb. Zəlzələnin episentri Kunaşir adasında yerləşən Qolovnino kəndindən 178 kilometr cənub-qərbdə, Sakit okeanda yerləşib. Seysmoloq bildirib ki, yeraltı təkanların episentri 45 kilometr dərinlikdə olub. Semenova əlavə edib ki, yerli sakinlərdən zəlzələnin hiss olunma qabiliyyəti ilə bağlı heç bir məlumat almayıb. Bölgədə sunami təhlükəsi elan olunmayıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
17
Ajans.az

1Sources