EN

Qətərin Baş naziri İranın ölkədəki Əl-Udeyd bazasına hücumunu pisləyib

BAKI, TurkicWorld

Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani İranın Əl-Udeyd hərbi bazasına endirdiyi raket hücumunu Qətərin mehriban qonşuluq siyasətinə zidd və qəbuledilməz adlandırıb.

TurkicWorld xəbər verir ki, o, bu barədə Dohada keçirilən mətbuat konfransında bildirib.

“Qətər daim mehriban qonşuluq siyasətinə sadiq olub və ilk gündən İran İslam Respublikasına qarşı İsrailin hücumlarını pisləyib. Bu hücumlar İran xalqına əzab gətirib. Axı onlar bizim qonşularımızdır, biz onların inkişaf etməsini və rifah içində yaşamasını istəyirik. Lakin Qətərə hücum qəbuledilməzdir” - deyə, Al Tani vurğulayıb.

Xatırladaq ki, bazar ertəsi axşamı İran ABŞ-ın Dohaya yaxın ərazidə yerləşən Əl-Udeyd hərbi bazasına raket zərbəsi endirib. Qətər Silahlı Qüvvələri 19 raketin buraxıldığını qeydə alıb, onlardan yalnız biri bazanın ərazisinə düşüb. Kəskin tədbirlər nəticəsində xarici hərbçilər və baza əməkdaşları öncədən təxliyə edilib və hücum nəticəsində xəsarət alan olmayıb.

Chosen
56
turkic.world

1Sources