EN

"Neftçi"nin qadın komandasının rəqibi müəyyənləşdi - Çempionlar Liqası

style='margin-bottom:10px;'>

"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

QOL.az xəbər verir ki, yarımfinal və final görüşlərindən ibarət olacaq 1-ci təsnifatın püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində keçirilib. 

Püşkün nəticələrinə əsasən, "Neftçi" 4-cü qrupda yarımfinalda Türkiyə “Fomget”i ilə qarşılaşacaq.

Əgər Bakı klubu Ankara təmsilçisini mübarizədən kənarlaşdırarsa, finalda İsrail "Kiryat"ı ilə üz-üzə gələcək. "Neftçi"nin ilk matçı səfərdə olacaq.

Qeyd edək ki, birinci təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də oynanılacaq.

Chosen
4
5
teleqraf.com

6Sources