EN

Kılıçdaroğlu yenidən CHP-nin başına keçə bilər


İddialara görə, Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu dünən partiyanın üç aparıcı siması ilə görüşüb və qurultayda verilə biləcək mümkün qərarları müzakirə edib.
Yeniavaz.com
yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə tanınmış jurnalist İsmail Saymaz məlumat yayıb.
Onun sözlərinə görə, Kılıçdaroğlu 2023-cü ilin noyabr ayında qurultayda ona dəstək verən Ankara və Mersin böyük şəhər bələdiyyə başçıları Mansur Yavaş və Vahap Seçer, həmçinin CHP Partiya Məclisi üzvü Engin Özkoçla görüşüb.
Özgür Özelin də görüşdən xəbəri olduğu bildirilib.
Görüş 1 saatdan çox davam edib.
Chosen
5
yeniavaz.com

1Sources