EN

“Ermənistan regionda yaranan qarışıqlıqdan istifadə edərək istəyir ki…”- ŞƏRH

“Müharibələr bütün hallarda təhdid, təhlükə mənbəyidir və qeyri-müəyyən perspektivlər vəd edir. Əgər region sərhədlərində münaqişə baş verirsə, bu, region ölkələrini də rahat buraxmır. Hazırda dünyada qlobal nizam yenidən formalaşır, güc mərkəzləri özünəməxsus tərzdə siyasi prosesləri tənzimləyir, öz hazır planlarını tətbiq etməyə başlayır. Qlobal nizamın yenidən formalaşması isə qaçılmaz prosesdir. Bu prosesdə də güc mərkəzləri çalışır ki, müharibələrin sayını artırsınlar ki, parçalanma baş versin, separatizm meyilləri güclənsin, bəzi hallarda öz istəklərinə nail olsunlar. Bu halda sabitlik pozulur, münaqişə ocaqları da özünün güclü mənfi təsirlərini göstərir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, dünyada baş verən münaqişələrin qeyri-sabitlik gətirdiyi Cənubi Qafqaz regionunda isə Azərbaycan nataraz qonşusu Ermənistan ilə uğraşır:

“İran-İsrail arasındakı münaqişə kontekstində onlar çalışırlar ki, Ermənistanda yerləşdirilmiş Avropa İttifaqı müşahidəçilərini ordan çıxartsınlar. Çünki onlar tez-tez İran sərhədi boyunca görünürlər, ola bilsin ki, casusluqla məşğuldurlar. Ermənistan sözdə özünü İranın müttəfiqi kimi təqdim etsə də, əslində görünən odur ki, o heç bir zaman özünü sağlam tərzdə ifadə etmir. Onun əsas məqsədi Qərbə dəstək verməkdir. İrəvan bu yolla da özünün qərbə inteqrasiyasını asanlaşdırmağa çalışır. Satqınlıq, ikiüzlülük, yalançılıq, arxadan zərbə endirmək ermənilərin şakəridir”.

“Ermənistan regionda yaranan və getdikcə böyüyən qeyri- sabitlikdən istifadə edərək çalışır ki, öz istəklərinə nail olsun. Bu isə mümkün deyil. Azərbaycan öz ayıq-sayıqlığını itirmir, nə istədiyini bilir, Ermənistandan fərqli olaraq öz qətiyyətli siyasətindən dönmür”,- deyə politoloq sonda qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Chosen
5
editor.az

1Sources