EN

Yevlax Olimpiya İdman Kompleksi III MDB Oyunlarında boks yarışlarına ev sahibliyi edəcək

YEVLAX, 24 iyun. TELEQRAF

Yevlaxda inşası yekunlaşmaq üzrə Olimpiya İdman Kompleksi Müstəqli Dövlətlər Birliyi ölkələrinin 3-cü İdman Oyunlarında boks yarışlarına ev sahibliyi edəcək.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, Yevlax Olimpiya İdman Kompleksinin tikinti işlərinə ötən il start verilib.

Ötən müddət ərzində 5.8 hektar ərazini əhatə edən kompleksin inşaası istiqamətində genişmiqyası tikinti quruculuq işləri icra olunub. Azərbaycan Gənclər və İdman Nazirliyi Maddi Texniki Təchizat şöbəsinin müdiri Elmir Mehdiyev media tur iştirakçılarına məlumat verərək bildirib ki, indiyədək nəzərdə tutulmuş işlərin 85 faizi yerinə yetirilib.

Elmir Mehdiyev qeyd edib ki, Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ı çərçivəsində tikilir.

İnşasına 2024-cü ilin yanvarında başlanılan, ümumi sahəsi 17000, tilialı sahəsi 9500 kv metr olan kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Burada basketbol, voleybol, həndbol, minifutbol, badminton, gimnastika, cüdo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur. "Binada, eyni zamanda, 80 nəfərlik iclas zalı, hakim, həkim, məşqçilər, şərhçilər üçün otaqlar, kafe olacaq. Kompleksdə 21 otaqdan ibarət 42 yerlik dördmərtəbəli mehmanxana və restoran da fəaliyyət göstərəcək.1300 tamaşaçı tutumuna malik tribunası olan, standartlara cavab verən futbol meydançası, həmçinin iki minifutbol meydançası yaradılacaq",- deyə o vurğulayıb.

Qeyd edək ki, MDB-nin 3-cü İdman Oyunlarında boks yarışlarının bu kompleksdə keçirilməsi nəzərdə tutulur.

Chosen
4
2
teleqraf.com

10Sources