Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.
İranın nüvə işlərinin hər hansı bir fasilə olmadan davam etməsi üçün planlaşdırma apardığı bildirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verrki, bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat yayıb.
Məlumata görə, Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslami ABŞ-nin hücumundan sonra nüvə təsisatlarında vəziyyətlə bağlı açıqlama verib.
İslami bildirib ki, nüvə işlərinin prosesində hər hansı bir problem yaranmaması üçün planlaşdırma aparılır.
Lazımi hazırlıqların görüldüyünü vurğulayan İslami, hazırda zərərin qiymətləndirilməsi işlərinin davam etdiyini qeyd edib.
Təmir hazırlıqlarının əvvəlcədən nəzərdə tutulduğunu bildirən İslami, "Planımız istehsal və xidmət prosesində hər hansı bir fasilə yaşanmamasıdır." deyib.
Oksana
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.