EN

Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzində görülən işlər açıqlanıb

Yevlax. Trend:

“Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzivasitəsilə kənd təsərrüfatı sahələrinin, dövlət əhəmiyyətlistrateji obyektlərin, iaşə və xidmət obyektlərinin, xüsusən dəəhalinin elektrik enerjisi təchizatında fasiləsizliyin,dayanaqlılığın və səmərəli idarəetmənin təmin olunması həyatakeçiriləcək.

Trend xəbərverir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalarMərkəzinin direktoru Araz Məmmədzadə jurnalistlərə açıqlamasındadeyib.

Direktor bildirib ki, burada 35/10 kV-luq hər birinin gücü 6,3MVA olan iki güc transformatoru, müasir avadanlıqlarla təchizolunmuş 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb:

“Mərkəzin elektrik təchizatı üçün “Yevlax” yarımstansiyasından14 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib.“Dəliməmmədli”, “Kürəkçay”, “Ağdaş”, “Ağsu”, “Tərtər” və “DəmirBeton Məmulatları” yarımstansiyaları Mərkəzi Aran Regional SCADAİdarəetmə Mərkəzinə inteqrasiya olunub. Bununla da vahid mərkəzdənoperativ dispetçer xidməti tərəfindən texniki parametrlərin daimiizlənməsi və idarə olunması təmin edilib”.

Onun sözlərinə görə, mərkəz elektrik şəbəkələrinin vəziyyətihaqqında bütün məlumatları toplayan və emal edən, eləcə dəavadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət,mühafizə və idarəetmə sistemlərinin innovativ həlli üçünlayihələndirilib:

“Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmətransformatorlarının və yeni nəsil rəqəmsal avadanlıqkomplekslərinin işlənib hazırlanmasını təmin edir. Bütün texnolojiölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edən Mərkəzdəşəbəkənin etibarlı istismarı dəstəklənməklə yanaşı, elektrikenerjisinin paylanması zamanı itkilərin və ümumi istismarxərclərinin azaldılmasına da şərait yaranır”.

A.Məmmədzadə mərkəzdən qidalanan istehlakçıların enerjitəchizatında yaranacaq planlı fasilələr barədə onlayn qaydadaəvvəlcədən məlumatlandırılacağını vurğulayıb:

“Alınan və ötürülən elektrik enerjisinin miqdarına görəyarımstansiya işinin multifunksional rejimdə qurulması cihaz vəavadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir. Buradaəməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatikuyğunlaşdırılması, habelə informasiya və texniki təhlükəsizliksistemlərinin qərarvermə qabiliyyəti, yaşıl enerji mənbələrininşəbəkəyə inteqrasiyası həyata keçirilir. Mərkəzdə yerləşənyarımstansiya qapalı tiplidir. Buna görə də istismar və idarəetməəməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətəehtiyac olmur. Mərkəzin ərazisində əhaliyə xidmət göstərməkməqsədilə elektromobillər üçün sürətli enerjidoldurma cihazlarıquraşdırılıb”.

Məqalədə:
Chosen
14
19
az.trend.az

10Sources