EN

Pərvanə Vəliyeva: "Baza tibb təhsili ilə kadrlar ailə həkimi kimi fəaliyyət göstərə bilsinlər"

Yazını böyüt
Yazını kiçilt

“İlkin tibbi-sanitariya yardımı müəssisələrinin zəruri maddi-texniki bazaya malik olmaması və mövcud kadr çatışmazlığı əhalinin əhəmiyyətli hissəsinin tibbi xidmətlərə əlçatanlığını azaldır, keyfiyyətli tibbi xidmətin göstərilməsinə maneə yaradır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Pərvanə Vəliyeva deyib.

Deputat qeyd edib ki, nəzərdə tutulan strateji hədəflərə çatmaq üçün ölkəmizdə kifayət qədər resurs və imkanlar mövcuddur. Amma ilkin səhiyyə xidmətinin bütün ölkə ərazisində qurulmasını ləngidən bəzi məsələlərin həllini tapması  məqsədəuyğun olar.

Deputat hesab edir ki, kadrların yerli ehtdepuiyaclara uyğun paylanmaması, peşəkar kadr hazırlığının uzunmüddətli əsasda planlaşdırılmaması mövcud kadr resurslarının iş yükünün optimal paylanmasına mənfi təsir göstərir.

“Təklif edirəm ki, baza tibb təhsili ilə kadrlar ailə həkimi kimi fəaliyyət göstərə bilsinlər, bu ixtisas üzrə ali məktəbə qəbul şərtləri asanlaşdırılsın və stimullaşdırılsın. Səhiyyəmizdə arzuolunan digər məqam isə reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsidir. Süni mayalanma və digər prosedurlar günümüzün aktuallığı, dövrün tələbi və cəmiyyətimizin reallığı olsa da, bunun həyata keçirilməsinin qanuni bazasının olması da eyni dərəcədə vacibdir” - deyə deputat əlavə edib.

Chosen
18
4
hafta.az

5Sources