"Ankaragücü" klubun U-19 komandasının üzvü azərbaycanlı futbolçu Həsən Nəzərovla peşəkar müqavilə imzalayıb.


Rekord.az xəbər verir ki, bu barədə Türkiyə 2-ci liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb. 


Qeyd edək ki, Həsən Nəzərov 2023-cü ildə "Ankaragücü" sistemindədir. O, ötən ildən əsas komandanın da formasını geyinir.