EN

Azərbaycan biznesimizi inkişaf etdirmək üçün yerli bir mərkəz ola bilər - "TeslaPay"

Bakı. Trend:

Azərbaycanda biznesimizi inkişaf etdirmək üçün yeni yollartapamağa və burada uyğun tərəfdaşlar əldə etməyə ümid edirik.

Bu sözləri "TeslaPay" şirkətinin idarəedici tərəfdaşı FilipLarin bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə vəTexnologiyalar Sərgisi” çərçivəsində Trend-ə açıqlamasında deyib.

O, "TeslaPay"in fəaliyyət göstərdiyi ölkələri sadalayıb:

"Bizim Avropada bir neçə maliyyə şirkətimiz var. Eyni zamandaYaxın Şərqdə, məsələn, Səudiyyə Ərəbistanı, Birləşmiş ƏrəbƏmirlikləri, Oman, Bəhreyn kimi ölkələrdə yerləşən bəzimərkəzlərimiz fəaliyyət göstərir. Həmçinin biz Mərkəzi Asiyada —Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda işləyirik.

Şərqi Asiyada da — Malayziya, İndoneziya və Honq Konqdaşirkətimiz mövcuddur. Hazırda biz bu konfransdayıq ki, Azərbaycandabiznes qurmaq üçün tərəfdaş tapaq.

Biz yerli banklarla, hüquq şirkətləri ilə əməkdaşlıq axtarırıq"."Eyni zamanda Azərbaycan Mərkəzi Bank və burada fəaliyyət göstərəndigər tənzimləyici qurumlarla da əlaqə qurmaqda maraqlıyıq", - F.Larin vurğulayıb.

O ümid edirik ki, "TeslaPay" Azərbaycanda biznesini inkişafetdirmək üçün yeni yollar tapacaq və burada uyğun tərəfdaşlar əldəedəcək: "Biz görürük ki, Azərbaycan çox dostyana bir məkan, müasirbir ölkədir. Burada FinTech sahəsində çalışan bir çox şirkətmövcuddur. Bu şirkətlər həm İT sahəsində, həm də maliyyə sektorundayüksək bacarıq və kompetensiyaya malikdirlər".

"Bundan başqa, düşünürük ki, Azərbaycan biznesimizi inkişafetdirmək üçün yerli bir mərkəz ola bilər və burada uyğuntərəfdaşlar və həll yolları tapacağımıza ümid edirik", - deyə F.Larin qeyd edib.

Chosen
25
az.trend.az

1Sources