EN

Yasamalda dövlət qulluqçularının peşə bayramı qeyd edildi - Fotolar

Dövlət qulluqçularının peşə bayramı münasibətilə Yasamal Rayon İcra Hakimiyyətində təntənəli toplantı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, bu gün dövlət qulluqçusu olmaq böyük şərəf və məsuliyyətdir, çünki dövlət qulluqçusu bütün cəmiyyət qarşısında məsuliyyət daşıyır.

Yasamal Rayon İcra Hakimiyyətinin icra başçısı Elşad Həsənov bildirib ki, biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövründə yaşadığımıza görə xoşbəxt insanlarıq, çünki qalib dövlətin qalib vətəndaşlarıyıq.

E. Həsənov Prezident İlham Əliyevin “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” kəlamını xatırladıb və hər bir dövlət qulluqçusunun öz gündəlik fəaliyyətində bu prinsipi rəhbər tutmalı olduğunu vurğulayıb.

RİH başçısı hər bir dövlət qulluqçusunun yüksək etik qaydalara və nümunəvi davranışa riayət etməli olduğunu qeyd edib.

O, Azərbaycanda dövlət aparatı sisteminin Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edildiyini xatırladaraq bu gün dövlətin vətəndaşların maraq və mənafelərinin keşiyində durduğunu qeyd edib. Bildirilib ki, hər bir dövlət qulluqçusu Ulu Öndərin zəngin dövlətçilik təcrübəsini öyrənməli və gündəlik fəaliyyətində tətbiq etməlidir.

Daha sonra dövlət qulluqçularının peşə bayramı münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Yasamal RİH-in əməkdaşları E.Həsənovun sərəncamı ilə fəxri fərmanlarla təltif olunublar. Sonda xatirə fotosu çəkilib.

 







Chosen
2
1
qafqazinfo.az

2Sources