EN

Ulduz futbolçu Ronaldo kimi edəcək: Evimdəki idman avadanlıqları...

"Napoli"nin hücumçusu Romelu Lukaku maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, belçikalı futbolçu portuqaliyalı superulduz Kriştiano Ronaldo kimi 40 yaşına qədər futbol oynamaq istədiyini deyib:

"Futbolu 40 yaşa qədər oynamaq? Məsələn, Kriştiano Ronaldo kimi? Əslində, bəli. Mən futbola çox böyük sevgi ilə bağlıyam. Evimdəki bütün idman avadanlıqları da məhz bu səbəbdəndir. Məşqlər sayəsində oynamağa davam etmək imkanı qazanıram.

Əgər sən ehtiraslısan və özünə yaxşı baxırsansa, uzun illər oynamaq mümkündür. Bəli, bir nöqtədə zaman öz sözünü deyəcək, amma mən üzərimə düşəni edirəm".

Chosen
8
publika.az

1Sources