EN

Atəşkəs üç saat çəkdi - İran yenidən hücuma keçdi

Atəşkəs razılaşması qüvvəyə mindikdən üç saat sonra İrandan raket zərbələri ilə İsrailin şimal bölgəsində həyəcan siqnalları işə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Ölkənin şimal əraziləri üzərində iki ballistik raketin zərərsizləşdirildiyi bildirilib.

İsrailin maliyyə naziri Bezalel Smotriç sosial media hesabında İranın hava hücumuna sərt reaksiya verib: “Tehran titrəyəcək”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlamışdı. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırmışdı.
Chosen
2
1
sherg.az

2Sources