Bu səhər İsrailin hücumu ilə İranın şimalında yerləşən Gilan əyalətində törədilən partlayışlar nəticəsində azı 9 nəfər ölüb, 33 nəfər yaralanıb.
AFN.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə əyalət hakimiyyəti məlumat yayıb.
"Bu səhər törədilən terror aktı nəticəsində dörd yaşayış binası tamamilə dağılıb, yaxınlıqdakı çoxlu sayda ev də partlayış nəticəsində zərər görüb. Bu hücumda 9 mülki şəxs həlak olub, 33 nəfər yaralanıb", - deyə məlumatda bildirilir.
Gilan rəsmilərinin məlumatına görə, yaralılardan 5-i xəstəxanaya yerləşdirilib, qalan 28 nəfərə isə yerində tibbi yardım göstərilib. Xəsarət alanlardan 16-nın qadın və uşaq olduğu qeyd edilir.
Bundan əvvəl İran Səhiyyə Nazirliyi bildirib ki, iyunun 13-də münaqişə başlayandan İsrailin hücumları nəticəsində 430 dinc sakin həlak olub, 3,5 mindən çox insan yaralanıb.