EN

İsrail Ordusu: İrana qarşı əməliyyatların bütün məqsədlərinə nail olduq

“İyunun 13-dən İrana qarşı keçirdiyimiz hərbi əməliyyatların bütün məqsədlərinə nail olmuşuq”.

Teleqraf xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efi Dafrin deyib.

“Əməliyyatın bütün məqsədlərinə nail olduq. Bu gecə (İran ərazisində) dərhal işə salınmağa hazır olan 8 raket buraxılış qurğusunu məhv etdik, istehsal mərkəzlərinə ciddi ziyan vurduq”, - general bildirib.

Ətraflı
Həmçinin Dafrin qeyd edib: “Hələ də risklər var, indiki mərhələdə Daxili Qoşunlar Komandanlığının göstərişlərində heç bir dəyişiklik yoxdur, sayıqlıq davam etdirilməlidir. İsrail Müdafiə Qüvvələri yüksək hazırlıq vəziyyətindədir”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.
Chosen
45
50
sherg.az

10Sources