BAKI, 24 iyun. TELEQRAF
"Ölkə sərhədlərinin bağlı qalması Şimaldan və Cənubdan olan təhdidlərin aradan qaldırılmasında mühüm rol oynayıb".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü iclasında deyib.
O qeyd edib ki, quru sərhədlərinin bağlı qalması strateji maraqların təmin olunmasına xidmət edir. Çünki sabitlik olmasa, əhalinin rifahi dövlətin və cəmiyyətin rifahı nola bilməz”.